0
Cümə
Sen 05

DÇ-2026-da çıxış edəcəyi dəqiqləşən ilk 16 komanda bəlli oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ötən gecə 2026-cı il dünya çempionatının finalına vəsiqə qazanan daha üç ölkənin adı müəyyənləşib.

King.Az xəbər verir ki, bunlar Kolumbiya, Paraqvay və Ekvadordur.

Bununla da turnirin finalına vəsiqə qazanan ölkələrin sayı 16-ya çatıb. Daha əvvəl final mərhələsində iştirak hüququnu Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Yeni Zelandiya, Uruqvay, eləcə də mundiala ev sahibliyi edən Kanada, ABŞ və Meksika təmin etmişdilər.

Qeyd edək ki, 2026-cı il dünya çempionatında ilk dəfə 48 yığma komanda iştirak edəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.