"Qrenlandiya ABŞ-nin və bütün dünyanın qlobal raketdən müdafiə sisteminin təhlükəsizliyi baxımdan mühüm rola malikdir".
King.Az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News"a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, adanın əhəmiyyəti regional təhlükəsizlikdən kənara çıxır və birbaşa qlobal müdafiə arxitekturası ilə bağlıdır.
"Qrenlandiya təkcə ABŞ-nin deyil, bütün dünyanın təhlükəsizliyi üçün vacib rola malikdir. Bütün raketdən müdafiə infrastrukturunun bir hissəsi Qrenlandiyadan asılıdır", - deyə Vens bildirib.