Cümə axşamı
Avq 07

UEFA Konfrans Liqasındakı klublarımızın növbəti mərhələyə yüksəlmə şansı nə qədərdir?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunlarından əvvəl klubların növbəti raunda yüksəlmə ehtimalı məlum olub.

King.Az xəbər verir ki, "Football Meest Data" bu barədə araşdırma aparıb.

Azərbaycan təmsilçilərindən "Sabah"ın növbəti mərhələyə vəsiqə qazanma ehtimalı 37 faiz olaraq göstərilib. Bakı təmsilçisinin rəqibi olan Bolqarıstanın "Levski" klubunda bu rəqəm 63 faiz olub.

"Araz-Naxçıvan"a da az şans verilib. Naxçıvan klubunun pley-offa vəsiqə qazanma ehtimalı 36, Kiprin "Omoniya" kollektivində isə 66 faizdir.

Qeyd edək ki, "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22:00-da, "Araz-Naxçıvan" - "Omoniya" görüşü saat 20:00-da start götürəcək. Cavab qarşılaşmaları avqustun 14-də olacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.