ABŞ Prezidenti Donald Tramp ölkənin Böyük Britaniya ilə ticarət sazişi imzalamaq planları barədə bəyanat verə bilər.
King.Az-ın xəbərinə görə, bu barədə "New York Times" nəşri vəziyyətə yaxın üç mənbəyə istinadən yazıb.
Gözlənilir ki, Tramp Böyük Britaniya ilə ticarət sazişini mayın 8-də elan edəcək.
Bundan əvvəl isə ABŞ lideri bildirmişdi ki, həmin gün Vaşinqtonun ilk böyük razılaşması ilə bağlı böyük mətbuat konfransı keçiriləcək. Lakin o, sazişin kiminlə bağlanacağını açıqlamamışdı.
Oxşar Mövzular
