"Qəbələ" heyətini "Real Madrid" klubunun yetirməsi olmuş Xayme Sierra ilə gücləndirib.
King.Az Apasport.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi ispan futbolçu ilə anlaşmaya nail olub.
27 yaşlı futbolçu ilə ikiillik müqavilə imzalanacaq.
Onun bu gün Xorvatiyadan Azərbaycana gələrək "Qəbələ" ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Xatırladaq ki, Sierra dayaq yarımmüdafiəçisidir. O, "Real Madrid" klubunun yetirməsidir və karyerası ərzində "Loqronyes", "Leonese", "Atletiko Baleares" (hamısı İspaniya) və "Deynze" (Belçika) klublarında çıxış edib.
Qeyd edək ki, Xayme Sierranın Xorvatiya təmsilçisi "Varajdin"lə müqaviləsi 2026-cı il dekabrın 31-dək qüvvədədir.
Oxşar Mövzular
Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyada daha iki medal qazanıblar
17-03-2025, 00:42Pep Qvardiola Erlinq Holanda şərt qoyub
22-12-2024, 18:00İsrail prezidenti NATO-nun analoqunun yaradılmasını təklif etdi
6-10-2024, 23:48