Bazar
İyl 13

Messi ardıcıl beşinci oyunda dubl etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-nin MLS futbol liqasının növbəti turu çərçivəsində keçirilmiş "İnter Mayami" - "Neşvill" matçında Lionel Messi növbəti dubla imza atıb.

King.Az xəbər verir ki, argentinalı forvard MLS-də ardıcıl 5-ci matçında iki qol vurub.

O, bu göstərici üzrə turnirin rekordunu müəyyən edib. Bundan əvvəl Messi MLS-də ardıcıl dörd oyunda ən azı iki qol vuran ilk futbolçu olmuşdu.

Ümumilikdə isə hücumçu turnirdə ardıcıl 6-cı oyundur fərqlənir. O, bu oyunlarda 11 qol vurub. MLS tarixində buna yalnız 2018-ci ildə "Atlanta"da çıxış edən venesuelalı hücumçusu Xosef Martines nail olub.

Messi MLS-in cari mövsümündə 16 oyunda 16 qol vurub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.