İngiltərənin "Liverpul" komandasının keçmiş baş məşqçisi Yurgen Klopp hazırda ABŞ-də keçirilən klublararası dünya çempionatını tənqid edib.
King.Az bu barədə "Mundo Deportivo" saytına istinadla xəbər verir.
Alman mütəxəssisin fikrincə, klublararası dünya çempionatı futbolda indiyə qədər həyata keçirilən ən pis ideyadır.
"Bu oyuna heç vaxt aidiyyəti olmayan insanlar belə fikirlər irəli sürürlər. Qorxuram ki, gələn mövsüm futbolçular indiyə qədər görülməmiş zədələr alsınlar. Bu yarış münasib olmayan vaxtda və yanlış səbəblər üzrə keçirilir".
Oxşar Mövzular

ABŞ Ukraynaya 425 milyon dollarlıq hərbi yardım paketi ayırıb
17-10-2024, 11:59
Kanadada növbədənkənar parlament seçkisi keçiriləcək
24-03-2025, 12:36