Rolan Qarrosda kişi tennisçilərin mübarizəsində bütün yarımfinalçıların adlarına aydınlıq gəlib.
King.Az xəbər verir ki, 1/4 finalın son görüşündə Novak Cokoviç Aleksandr Zverevi məğlub edib.
Serbiyalı tennisçi ilk setdə uduzsa da, geri dönüş edə bilib - 3:1 (4:6, 6:3, 6:2, 6:4). Cokoviç yarımfinalda hazırda dünyanın bir nömrəli raketkası olan Yannik Sinnerlə (İtaliya) qarşılaşacaq.
Yarımfinalın digər cütündə Lorentso Musetti (İtaliya) ilə Karlos Alkaras (İspaniya) üz-üzə gələcəklər.
Qeyd edək ki, yarımfinallar iyunun 6-da, final isə 8-də keçiriləcək.
Oxşar Mövzular
"Windows"da yaranan sirli qovluq barədə XƏBƏRDARLIQ
26-04-2025, 15:05
Minalanmış ərazidə gəzinti, ocaq başında sonuncu qonaqlıq
7-01-2026, 17:17Zelenski: "Trampın iştirakı Putini görüşə gəlməyə həvəsləndirə bilər"
14-05-2025, 11:30