İspaniyalı qapıçı David de Xea İtaliyanın "Fiorentina" klubu ilə müqaviləsinin müddətini uzadıb.
Bu barədə King.Az klubun rəsmi saytına istinadla xəbər verir.
34 yaşlı çərçivə qoruyucusunun yeni müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, o, 2024-cü ilin avqustundan "Fiorentina"nın şərəfini qoruyur.
De Xea klubda 42 matça çıxıb. Bunlardan 11 oyunda qapısını toxunulmaz saxlayıb.
Oxşar Mövzular
"Neft Daşları"nda kran tarazlığını itirərək dənizə düşüb
18-03-2025, 22:53
İcra başçısı müavinini işdən çıxartdı
27-12-2025, 12:34