Səudiyyə Ərəbistanının futbol mövsümü rəsmən başa çatıb.
King.Az xəbər verir ki, "Ən-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu çempionatı 25 qolla Pro Liqanın bombardiri kimi başa vurub. Onun klubu 70 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Beşqat "Qızıl top"un sahibi "Ən-Nəsr"in heyətində bütün yarışlarda keçirdiyi 41 matçda 35 qol vurub və dörd məhsuldar ötürmə edib. 40 yaşlı hücumçu 2024/2025-ci illər mövsümündə AFK Çempionlar Liqasının səkkiz oyununda 8 qol vurub.
Ronaldunun 2024/2025-ci illər mövsümü üçün statistikası belədir;
- Səudiyyə Ərəbistanının Pro Liqası - 30 oyun, 25 qol, 3 məhsuldar ötürmə;
- AFK-nin Çempionlar Liqası - 8 oyun, 8 qol;
- Səudiyyə Ərəbistanı Superkuboku - 2 oyun, 2 qol, 1 məhsuldar ötürmə;
- Səudiyyə Ərəbistanı Kuboku - 1 oyun.
Oxşar Mövzular

"Səbail" heyətini Ruanda millisinin futbolçusu ilə gücləndirəcək
3-01-2025, 23:47
UEFA Avropa Liqası: V tura 18 oyunla yekun vurulur
28-11-2024, 12:27