Şənbə
May 10

PSJ-dən klub əməkdaşlarına sürpriz

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Fransanın PSJ futbol klubu bütün əməkdaşlarını pulsuz biletlərlə təmin edəcək və Münhendə keçiriləcək Çempionlar Liqasının finalına səyahət xərclərini ödəyəcək.

King.Az xəbər verir ki, bu barədə jurnalist Kave Solhekol özünün "X" hesabında məlumat verib.

Qeyd olunur ki, 600 klub əməkdaşı komandanın Çempionlar Liqasının finalına çıxması münasibətilə klubun prezidenti Nasser Əl-Xelaifidən məktub alıb.

İşçilər, həmçinin adətən yalnız oyunçulara verilən pul mükafatının bir hissəsini alacaqlar.

Finalda PSJ İtaliyanın "İnter"i ilə qarşılaşacaq. Qarşılaşma mayın 31-də baş tutacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.