0
Tuesday
Apr 15

Avropanın tanınmış klubları "Qarabağ"ın yarımmüdafiəçisini transfer etmək istəyirlər

HASANLY

"Qarabağ" futbol klubu komandanın çernoqoriyalı yarımmüdafiəçisi Marko Yankoviçlə bağlı rəsmi təkliflər alacaq.

King.Az-ın verdiyi məlumata görə, bu barədə azerisport.com xəbər yayıb.

Bildirilir ki, Yunanıstanın "Panatinaikos" və Xorvatiyanın "Dinamo" klubları Çernoqoriya millisinin yarımmüdafiəçisinə ciddi şəkildə hədəflənib, bu səbəbdən qarşıdakı yay mövsümündə onun transferi üçün konkret məbləğlərlə "Qarabağ"a müraciət etmək niyyətindədirlər.

Məlumata görə, Yankoviçlə 2026/27 mövsümünün sonuna qədər müqaviləsi olan Ağdam klubu komandanın yarımmüdafiə xəttində əsas rol oynayan 29 yaşlı futbolçudan ayrılmaq istəmir.

Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.