"Çempion olacağımızı bilirdik".
King.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olan Azərbaycanın sərbəst güləş millisinin baş məşqçisi Xetaq Qazyumov deyib.
Mütəxəssis qazanılan nəticəyə görə sevincli olduğunu bildirib:
"Yarışa ciddi hazırlaşmışdıq. Güləşçilərimiz təlim-məşq toplanışlarında özlərini yaxşı tərəfdən göstərdilər. Çempion olacağımızı gözləyirdik, qazanılan nəticə təsadüfi deyil. Düzdür, qızıl medalların sayının çox olacağını ümid edirdik. Osman Nurməhəmmədovdan çempionluq gözləyirdim. Təəssüf ki, alınmadı. Səhvlərimizin üzərində işləyəcəyik və onları aradan qaldırıb, qarşıdakı yarışlarda qızıl medallarımızın sayını artırmaq istəyirik".
Qeyd edək ki, təmsilçilərimiz turniri 1 qızıl, 1, gümüş və 4 bürünc medalla başa vurublar.
Oxşar Mövzular

Dünya okeanının temperaturu rekord həddə çatıb
11-01-2026, 17:28Məhəmməd Salah İngiltərədə mövsümün oyunçusu seçildi
9-05-2025, 16:54
Miyagi - Самурай (Official Audio)
22-09-2024, 22:34