Cümə axşamı
Noy 27

UEFA Çempionlar Liqası: "Qarabağ" bir nominasiya üzrə ilk üçlükdə yer alıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Qarabağ"ın futbolçuları UEFA Çempionlar Liqasının ilk beş turunda ümumilikdə 227 dəfə topu rəqibdən almağı bacarıblar.

King.Az xəbər verir ki, təmsilçimiz topu rəqibdən alma göstəricisinə görə üçüncü yerdə qərarlaşıb.

Bu nominasiyada 257 dəfə topu rəqibdən almağı bacaran "Atletik Bilbao" komandası birinci, 246 dəfə topu rəqibdən almağı bacaran Belçikanın "Royal Yunion" klubu isə ikincidir.

Qeyd edək ki, "Qarabağ" hazırda 7 xalla turnir cədvəlinin 19-cu pilləsində yerləşir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.