Cümə
Apr 04

"Beşiktaş" klubunun prezidenti cəzalandırılıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Türkiyə Futbol Federasiyası "Beşiktaş"ın prezidenti Serdal Adalını cərimələyib.

King.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Prezidentin klubun sosial media hesabında verdiyi açıqlamalar onun cərimələnməsinə səbəb olub.

Belə ki, Adalı klubun sosial media hesabından paylaşdığı ifadələrə görə 1.5 milyon lirə cərimə və 45 gün hüquqlarından məhrum edildiyi bildirilib.

Qeyd edilib ki, "Beşiktaş" - "Qalatasaray" matçında meydanda baş verən insidentlər və komanda olaraq idmana yaraşmayan hərəkətlərə görə "qara qartallar"a ümumilikdə 2 milyon 952 min Türkiyə lirəsi cərimə olunub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.