Bazar ertəsi
Dek 29

Günəşdə güclü partlayışlar olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Günəşdə sondan əvvəlki M sinfinə məxsus olan partlayışlar olub.

King.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Məlumata görə, dekabrın 29-na keçən gecə Günəşdə M sinfinə məxsus üç partlayış qeydə alınıb. Bundan əlavə, Günəşdə daha üç C sinfinə aid alışmalar da baş verib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.