0
Bazar
Mar 30

Messinin qolu "İnter Mayami"yə qələbə qazandırdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Gecə saatlarında ABŞ milli futbol liqasında (MLS) "İnter Mayami" və "Filadelfiya Yunion" qarşılaşıb.

King.Az xəbər verir ki, Fort-Loderdeyl baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunuda "İnter"in qələbə qolunu Lionel Messi vurub. Assisti isə Luis Suares edib.

Bununla da, Mayami klubu qələbə seriyasını dörd matça çatdırıb. Filadelfiya təmsilçisi isə son üç oyunda ikinci məğlubiyyətini alıb.

Növbəti oyunda "İnter Mayami" "Toronto" ilə, "Filadelfiya" isə "Orlando Siti" ilə qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq aprelin 7 və 6-da baş tutacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.