Şənbə
Mar 15

Azərbaycanlı FIFA referisi beynəlxalq oyunlara təyinat alıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Azərbaycanlı FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

King.Az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raundunun 3-cü qrupunda keçiriləcək oyunları idarə edəcək.

Ədalət qoruyucusu martın 19-da Niderland - Xorvatiya, 25-də Çexiya - Niderland matçlarının baş hakimi olacaq. FIFA referisi martın 22-də Çexiya - Xorvatiya qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Namik Hüseynov isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları Çexiyada təşkil olunacaq.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.