Bazar
Yan 04

Qazaxıstanda məktəblilər üçün süni intellekt repetitorları yaradılacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Qazaxıstan bu il təhsildə süni intellekti daha fəal şəkildə tətbiq etməyi planlaşdırır.

King.Az xəbər verir ki, bu barədə "Tengrinews" məlumat yayıb.

Təhsil nazirinin müavini Asılbek Ahmetcanovun sözlərinə görə, nazirlik milli rəqəmsal profil sistemi və Milli Təhsil Platforması yaratmağa başlayıb.

"2026/2027 tədris ilindən başlayaraq, süni intellekt repetitorlarından da istifadə olunacaq. Kiçik məktəblər üçün pilot bölgələrdə Qazaxıstan Rəqəmsal Məktəbi adlı layihəyə başlanılacaq", - deyə o bildirib.

Xatırladaq ki, 2026-cı il Qazaxıstanda Rəqəmsallaşma və Süni İntellekt İli elan edilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.