Şənbə
Fev 08

Bundesliqa: "Bavariya" "Verder"i məğlub etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Bundesliqanın 21-ci turunda "Bavariya" doğma meydanda "Verder"i məğlub edib.

King.Az xəbər verir ki, oyun 3:0 hesabı ilə başa çatıb.

İkinci hissənin əvvəlində Harri Keyn penaltini dəqiq yerinə yetirəndən sonra münhenlilər hesabda önə keçiblər. Matçın sonlarına yaxın Leroy Sane komandasının ikinci qolunu vurub. Artırılmış vaxtda Keyn yenidən penalti yerinə yetirərək, oyunda son nöqtəni qoyub.

"Bavariya" 54 xalla Bundesliqada liderliyini davam etdirir. Münhen komandası çempionatda ardıcıl yeddinci qələbəsini qazanıb. "Verder" 30 xalla səkkizinci yerdədir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.