Bazar ertəsi
Yan 27

"Sabah" heyətini özbəkistanlı futbolçu ilə gücləndirməyə hazırlaşır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Sabah" heyətini özbəkistanlı yarımmüdafiəçi Umarali Rahmonaliyevlə gücləndirməyə hazırlaşır.

King.Az "Sport-Ekspress" nəşrinə istinadən xəbər verir ki, Elvin Camalovun "Neftçi"yə keçidindən sonra dayaq yarımmüdafiəçisi axtarışına başlayan paytaxt təmsilçisi "Rubin"də çıxış edən Rahmonaliyevlə bu boşluğu dolduracaq.

21 yaşlı oyunçu Rusiya klubundan birillik icarəyə götürüləcək.

"Rubin"lə müqaviləsi gələn ilin yayına qədər olan Umarali Rahmonaliyev Rusiya klubunun əsas komandasında 7 oyun keçirib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.