0
Thursday
Jan 23

"Fənərbağça" əzəli rəqibi "Qalatasaray"ın maraqlandığı daha bir ulduzu transfer edə bilər

HASANLY
"Fənərbağça" əzəli rəqibi olan "Qalatasaray"ın transfer etmək istədiyi Marko Asensionun keçidi üçün PSJ klubu ilə danışıqlara başlayıb.

King.Az "SporX"ə istinadən xəbər verir ki, "sarı-lacivərt"lilər ulduz futbolçunun keçidini bu həftəsonuna kimi həll etmək niyyətindədirlər.

Futbolçu ilə ilkin danışıqlar yekunlaşsa da, razılıq əldə olunmayıb.

Qeyd edək ki, Marko Asensio bu mövsüm PSJ forması ilə 15 oyunda meydana çıxıb, iki qol vurub, dörd məhsuldar ötürmə edib.
Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.