Bazar ertəsi
Yan 20

A Seriyası: "İnter" üç xalı üç qolla qazandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İtaliya A Seriyasında 21-ci turun oyunları keçirilib.

King.Az xəbər verir ki, gün ərzində beş qarşılaşma olub.

Günün ilk matçında "Fiorentina" və "Torino" qalibi müəyyənləşdirə bilməyiblər - 1:1. Qonaqlar Ali Dembelenin ikinci sarı vərəqə alaraq meydandan qovulması səbəbindən 33-cü dəqiqədən on nəfərlə oynayıblar.

"Kalyari" "Leççe" ilə oyunda öz meydanında məğlub vəziyyətə düşsə də, əzmkarlıq göstərərək böyük hesablı qələbə qazanıb - 4:1. Qonaqlar 73-cü dəqiqədən bir nəfər azlıqda qalıblar.

"Latsio" da səfərdə "Verona"nı 3:0 hesabı ilə məğlub edib.

"Empoli"ni qəbul edən "İnter" 3:1 hesabı ilə qalib gəlməklə lider "Napoli" ilə aralarındakı xal fərqini 3-ə endirib.

A seriyası, 21-ci tur

19 yanvar

"Fiorentina" - "Torino" 1:1

"Parma" - "Venesiya" 1:1

"Kalyari" - "Leççe" 4:1

"Verona" - "Latsio" 0:3

"İnter" - "Empoli" 3:1.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.