0
Şənbə
Dek 28

Mario Balotellinin yeni komandası bəlli olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Ən qalmaqallı futbolçulardan biri sayılan Mario Balotelli yenidən klubunu dəyişə bilər.

King.Az xəbər verir ki, italiyalı hücumçunun iki ay əvvəl qoşulduğu "Cenoa"dan ayrılması gözlənilir.

34 yaşlı forvard oktyabrın sonunda azad agent kimi Genuya təmsilçisinə keçib. Lakin Meksika təmsilçisi "Krus Asul"la danışıqlar aparan Marionun artıq qışda Şimali Amerikaya köçməsi mümkündür.

Qeyd edək ki, Balotelli cari mövsümdə A seriyasının 6 oyununda meydana çıxıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.