Çərşənbə axşamı
Yan 27

Gürcüstan 87 əcnəbini deportasiya etdi: Aralarında Azərbaycan vətəndaşları da var

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində son günlərdə 87 xarici vətəndaşı ölkədən çıxarıblar.

King.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Miqrasiya Departamentinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Azərbaycan, Türkiyə, Çin, Hindistan, İran, Türkmənistan, Misir, Nigeriya, Rusiya, Qazaxıstan, İordaniya, Banqladeş, Tailand, İsrail, Livan, Cənubi Afrika, Sudan və Suriyadan olan 87 vətəndaş ölkədən çıxarılıb.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.