Cümə axşamı
Dek 26

İngiltərə Premyer Liqası: "Çelsi" son saniyə qolu ilə uduzdu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərə Premyer Liqasının 18-ci turunun "Çelsi" və "Fulhem" komandalarının qarşılaşması başa çatıb.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, klublar Londondakı "Stemford Bric"də qarşılaşıblar.

Görüş 2:1 hesabı ilə "Fulhem"in xeyrinə başa çatıb.

Qarşılaşmada hesab matçın 16-cı dəqiqəsində açılıb, "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer fərqlənib. 82-ci dəqiqədə Harri Uilson hesabı bərabərləşdirib. 90+5-ci dəqiqədə isə "Fulhem"in hücumçusu Rodriqo Muniz komandasını hesabda irəli çıxarıb.

Qeyd edək ki, "Çelsi" hazırda çempionatın turnir cədvəlində ikinci yerdədir. Komanda 18 görüşdə 35 xal toplayıb. "Fulhem" isə 18 oyundan sonra 28 xalla səkkizinci yerdədir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.