Bazar
Dek 22

İngiltərə Premyer Liqası: "Bornmut" "Mançester Yunayted"i darmadağın etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün 17-ci turunun "Mançester Yunayted" və "Bornmut" komandalarının qarşılaşdığı matç başa çatıb.

King.Az xəbər verir ki, oyun Mançesterdəki "Old Trafford" stadionunda baş tutub. "Mançester Yunayted" evdə 0:3 hesabı ilə məğlub olub.

"Bornmut"un heyətində Din Höysen, Castin Kluivert (penalti), Antuan Semenyo fərqləniblər.

Keçirilən 17 oyundan sonra "Mançester Yunayted" 22 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü yerdədir. "Bornmut" eyni sayda oyundan sonra 28 xalla 5-ci yerdə qərarlaşıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.