0
Saturday
Dec 21

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək

HASANLY
Bu gün Azərbaycan Premyer Liqasında XVIII turun ikinci oyun günündə "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək.

King.Az xəbər verir ki, Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da, Bakıda, "ASCO Arena"da baş tutacaq qarşılaşma isə saat 18:30-da start götürəcək.

Xatırladaq ki, ilk oyun günündə "Kəpəz"lə "Sumqayıt" qarşılaşıblar. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, turun digər görüşləri dekabr ayının 22-də keçiriləcək. "Şamaxı" "Sabah"ı, "Qarabağ" isə "Araz-Naxçıvan"ı qəbul edəcək.
Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.