0
Bazar ertəsi
dek 16

Neymar peşəkar karyerasının ən yaxşı mərhələsini açıqladı: "Amma bu, kədərli idi"

HASANLY
Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol komandasının braziliyalı hücumçusu Neymar peşəkar karyerasının ən yaxşı mərhələsindən danışıb.

King.Az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə "RMC Sport" nəşri məlumat verib.

"Mənim idman sahəsində ən yaxşı illərim PSJ-də olub. Amma bu, kədərli idi, çünki tez-tez olduqca ciddi zədələr alırdım və zədə üç-dörd ay davam edirdi. Bu, məni çox narahat edirdi. Amma futbol nöqteyi-nəzərindən PSJ-dən olan Neymar mənim bütün karyeram ərzində ən yaxşı Neymar idi. Mən xoşbəxtəm ki, futbolumu fransızlara təklif edə bildim", - deyə Neymar bildirib.

Qeyd edək ki, Neymar 2023-cü ilin avqustunda "Əl-Hilal"ın oyunçusu olub. Onun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, forvardın transfer dəyəri 30 milyon avro olaraq qiymətləndirilir. Futbolçu daha əvvəllər PSJ, "Barselona" və Braziliyanın "Santos" klublarında çıxış edib.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.