0
Şənbə
Dek 14

Ronaldunun transfer dəyəri karyerasında ən aşağı səviyyəyə düşür

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun transfer qiyməti karyerasındakı ən aşağı səviyyəyə düşüb.

King.Az xəbər verir ki, "Transfermarkt" futbol portalı oyunçuların bazar qiymətindəki dəyişikliklər cədvəlini yeniləyib.

Beləliklə, Ronaldunun dəyəri 3 milyon avro azalıb. İndi "Ən-Nəsr"in 39 yaşlı hücumçusu 12 milyon avro dəyərində qiymətləndirilir ki, bu da karyerasında rekord aşağı göstəricidir.

Qeyd olunur ki, beşqat "Qızıl top" sahibi artıq Səudiyyə Ərəbistanının ən bahalı on futbolçusu arasında deyil.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.