0
Şənbə
Noy 08

"Finalissima"nın vaxtı dəyişdirildi - Hər şey İspaniyadan asılıdır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) "Finalissima"nın - Avropa Çempionatı (İspaniya) və Amerika Kuboku (Argentina) qalibləri arasında tək oyunlu turnirin keçirilmə vaxtını dəyişdirib.

King.Az xarici mediaya istinadən xəbər verir ki, ilkin olaraq 2026-cı il martın 28-də keçirilməsi planlaşdırılan oyunun vaxtı martın 27-nə dəyişdirilib.

Bildirilib ki, bu qərar tədbirin nüfuzunu artırmaq, matçın ətrafındakı hər şeyin - komandaların gəlişindən mətbuat konfranslarına qədər böyük final atmosferi daşımasını təmin etmək məqsədi daşıyır.

Lakin qeyd olunub ki, hər şey İspaniyanın 2026-cı il dünya çempionatına birbaşa vəsiqə qazanmasından asılı olacaq. Əgər ispanlar birbaşa vəsiqə qazana bilməyib, mart ayında keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin pley-off mərhələsində iştirak edərsə, "Finalissima" baş tutmayacaq.

Qeyd edək ki, matçın Qətərdəki "Lusail" stadionunda keçirilməsi planlaşdırılır. Oyunun daha öncə 2025-ci ilin martında oynanılması gözlənilsə də, sonradan 2026-cı ilə təxirə salınmışdı.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.