0
Çərşənbə
Dek 11

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu seçilib

HASANLY
İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu "Liverpul" klubunun hücumçusu seçilib.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, "Liverpul" klubundan Məhəmməd Salah Peşəkar Futbolçular Assosiasiyasının versiyasına görə Premyer Liqada noyabrın ən yaxşı futbolçusu olub. Misirli oyunçu azarkeşlərin səsverməsinə əsasən "ən yaxşı" adına layiq görülüb.

O, Moyses Kaysedo ("Çelsi"), Mateus Kunya və Juan Qomes (hər ikisi "Vulverhempton"), Ceyms Meddison ("Tottenhem") və Juan Pedronu ("Brayton") qabaqlayıb.

Qeyd edək ki, Məhəmməd Salah ötən ay Premyer Liqada keçirdiyi üç oyunda 4 qol vurub və bir məhsuldar ötürmə edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.