Cümə axşamı
Noy 14

Serdar Aziz "Fənərbağça"dan ayrılır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Fənərbağça"nın müdafiəçisi Serdar Aziz qışda komandadan ayrılacaq.

King.Az "Sabah"a istinadən xəbər verir ki, Joze Mourinyonun şans vermədiyi 34 yaşlı futbolçu klubunu dəyişəcək. O, "Kasımpaşa" ilə anlaşıb.

Təcrübəli oyunçu transfer pəncərəsi açılanda yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Serdar Aziz "Fənərbağça"ya 2019-cu ilin yanvar ayında "Qalatasaray"dan keçib. Türkiyə millisinin sabiq üzvü Superliqa təmsilçisinin heyətində meydana çıxdığı 135 rəsmi matçda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.