Bazar ertəsi
Dek 02

Azərbyacan millisi Rusiya seçməsi ilə üz-üzə gələcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Rusiya yığması ilə növbəti yoldaşlıq oyununu keçirəcək.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə səfərdə üz-üzə gələcək.

"Soçi" klubunun məşq bazasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşün baş hakimi tacikistanlı Nodira Mirzoyeva olacaq.

Qeyd edək ki, noyabrın 28-də təşkil olunan ilk oyunda Rusiya millisi qələbə qazanıb - 1:0.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.