0
Çərşənbə axşamı
Noy 19

Braziliya millisinin əfsanəsi ölkəsinin Futbol Konfederasiyasının prezidenti olmaq istəyir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Braziliyalı məşhur hücumçu Ronaldo ölkəsinin Futbol Konfederasiyasının (CBF) prezidenti olmaq istəyir.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, əfsanəvi futbolçu gələn il keçiriləcək seçkidə namizədliyini irəli sürməyi planlaşdırır. "Fenomen" ləqəbli keçmiş forvarda iş adamlarından, eləcə də məşhur futbolçulardan güclü dəstək var.

48 yaşlı Ronaldo prezident olacağı təqdirdə, İngiltərənin "Mançester Siti" komandası ilə müqaviləsi gələn il başa çatacaq Xosep Qvardiolanı Braziliya millisinə baş məşqçi təyin etməyi düşünür.

Qeyd edək ki, Ronaldo hazırda İspaniyanın "Real Valyadolid" və Braziliyanın "Kruzeyro" klublarının səhmlərinə sahibdir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.