0
Thursday
Nov 14

Fernando Musleranı əvəzləyəcək qolkiper bəlli olub

HASANLY
Mövsüm sonunda karyerasını başa vuracaq Fernando Musleranı əvəz edəcək qapıçı bəlli olub.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, "Qalatasaray" klubunun yeni qapıçısı Fransa "Lion"unun 26 yaşlı qolkiperi Lukas Perri olacaq.

İstanbul nəhənginin rəsmiləri Perri ilə danışıqlar üçün Fransaya gediblər.

Qeyd edək ki, Lukas Perrinin "Lion"la müqavilə müddəti 2028-ci ilədəkdir.
Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.