Çərşənbə axşamı
Noy 12

Arturo Vidal 37 yaşında yenidən milliyə dəvət olundu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
37 yaşlı yarımmüdafiəçi Arturo Vidal yenidən Çili millisinə çağırılıb.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, onun komandası noyabrdakı beynəlxalq fasilədə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru və Venesuela komandalarına qarşı oynayacaq.

Ulduz futbolçu bir ildən artıqdır yığmaya dəvət olunmurdu.

Qeyd edək ki, Vidal 2024-cü ilin əvvəlindən öz ölkəsində "Kolo-Kolo"da çıxış edir. O, 2022-ci ilin yayından Avropa futbolundan kənarda qalıb. Yarımmüdafiəçi "Kolo-Kolo"dan əvvəlki ilyarımı Braziliyada "Flamenqo" və "Atletiko Paranaense"də çıxış edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.