1
Şənbə
okt 26

"Real" heyətini "Ən-Nəsr"in müdafiəçisi ilə gücləndirə bilər

HASANLY
[center]"Real" "Ən-Nəsr"in 30 yaşlı mərkəz müdafiəçisi Emerik Laportla maraqlanır.

King.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbənin məlumatına görə, Kral klubu E.Laportun heyəti gücləndirəcəyinə inanır. Oyunçunun özü də Səudiyyə Ərəbistanını tərk etməkdə maraqlıdır.

Xatırladaq ki, bu mövsüm müdafiəçi bütün turnirlərdə 11 matçda iştirak edib və iki qol vurub. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.
[/center]
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.