2
Bazar ertəsi
Sen 23

İtaliyalı forvarddan şok açıqlama: "Ronaldo futbol oynamağı bacarmır"

HASANLY
İtaliyalı veteran futbolçu Antonio Kassano Kriştiano Ronaldonu tənqid edib.

King.Az İdman.biz-ə istinadən xəbər verir ki, vaxtilə "Real"ın şərəfini qorumuş forvard portuqaliyalı həmkarının futbol oynaya bilmədiyini deyib.

Kassano İngiltərə mətbuatına verdiyi müsahibədə bildirib: "O, futbol oynaya bilmir. Ronaldo 3000 qol vura bilər, bu mənim üçün əhəmiyyətli deyil. İquayn, Aquero, Benzema, Levandovski, İbrahimoviç və Suares komanda ilə əlaqə qurmağın necə olduğunu bilirdilər. Onlar Ronaldodan fərqli daha çox iş görürdülər. Onun yeganə məqsədi qol vurmaqdır".

Qeyd edək ki, Kriştiano az əvvəl 900 qol həddinə çatıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.