Şənbə
Yan 18

"Hamster Kombat" tokeni məşhur kriptovalyuta birjasından silinəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Bybit" kriptovalyuta birjası "Hamster Kombat" oyunu ilə əlaqəli HMSTR/EUR spot cütünü siyahıdan çıxaracaq.

King.Az xəbər verir ki, bu barədə ticarət platformasının saytında məlumat verilib.

Qeyd olunur ki, buna səbəb likvidliyin aşağı olması olub. Spot cütlük yanvarın 24-də Bakı vaxtı ilə saat 12:00-da siyahıdan çıxarılacaq.

Bundan sonra platformada HMSTR/EUR ticarəti dəstəklənməyəcək və bütün gözlənilən sifarişlər avtomatik olaraq silinəcək. Eyni zamanda, "Bybit" HMSTR/USDT və HMSTR/USDC spot cütlərinin ticarətini dəstəkləməyə davam edəcək. Əvvəlki kimi, HMSTR depozitləri və onların çıxarılması və emalı həmişəki kimi mümkün olacaq.

Xatırladaq ki, "Hamster Kombat" oyununun tokeni (HMSTR) sentyabrın sonunda kriptovalyuta birjalarında satılmağa başlanıb. Satışın əvvəlində HMSTR-in qiyməti 0,01 dollar təşkil edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.