Fransanın Nant şəhərində lisey şagirdlərinə hücum edən yeniyetmə psixiatriya klinikasına yerləşdirilib.
King.Az-ın verdiyi məlumata görə, bu barədə TF1 telekanalı prokurorluğa istinadən məlumat verib.
Bildirilir ki, 15 yaşlı yeniyetmənin psixi vəziyyəti onun polis nəzarətində saxlanılmasına imkan vermir.
Prokurorluqdan hücumçunun daha sonra dindiriləcəyi vurğulanıb.
Qeyd edək ki, qorxunc hadisə aprelin 24-də baş verib. Bıçaqla silahlanmış 15 yaşlı şagird liseyin müxtəlif mərtəbələrində iki sinfə daxil olaraq şagirdlərə hücum edib. Əvvəlcə o, lisey (yuxarı sinif) şagirdinə bıçaqla hücum edib, sonra bir mərtəbə aşağı düşərək ibtidai sinif şagirdlərinə xəsarət yetirib. Binada lisey, kollec (orta məktəb) və iki ibtidai məktəb yerləşir.
Müəllimlər polis gələnə qədər hücum edəni saxlaya biliblər.
Oxşar Mövzular

Eduard Məmmədov Bakıda keçiriləcək Avropa çempionatından DANIŞDI
14-03-2025, 11:54
Kapadokiyalı qədim sənətkarın sirri: 2200 illik barmaq izləri tapıldı
10-11-2024, 16:35