0
Bazar ertəsi
Apr 21

ABŞ-nın ticarət müharibəsində qalib: "Coca-Cola", yoxsa "Pepsi"?

HASANLY

ABŞ Prezidenti Donald Trampın elan etdiyi ticarət müharibəsi sərinləşdirici içkilər bazarında gözlənilməz nəticələrə səbəb olur.

King.Az "The Wall Street Journal"a istinadən xəbər verir ki, iki sənaye nəhəngləri - "Coca-Cola" və "Pepsi" arasında qarşıdurmada açıq-aşkar qalib müəyyənləşməkdədir.

Məsələ burasındadır ki, bu şirkətlərin içkilərinin istehsalı üçün məxfi konsentratlar müxtəlif ölkələrdə istehsal olunur. "The Coca-Cola Company"nin bütün əsas istehsal müəssisələri ABŞ-də yerləşir. Eyni zamanda, "PepsiCo, Inc"in içki konsentratının əhəmiyyətli bir hissəsi İrlandiyada istehsal olunur.

Tramp administrasiyasının İrlandiya idxalına 20% rüsum tətbiq etmək qərarı "Pepsi"ni əlverişsiz vəziyyətə salır. Artıq şirkətin məhsullarına əlavə rüsumlar tətbiq olunacaq ki, bu da istər-istəməz istehlakçılar üçün məhsulun bahalaşmasına səbəb olacaq.

Analitiklər qeyd edirlər ki, mövcud vəziyyətdən əsas faydanı "Pepsi"nin birbaşa rəqibi olan "Coca-Cola" əldə edəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.