Çərşənbə axşamı
Apr 15

Florida Meksika körfəzinin adını dəyişdirən ilk ABŞ ştatı oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Florida ştatının qubernatoru Ron Desantis Meksika körfəzinin rəsmi olaraq Amerika körfəzi adlandırılması haqqında qanun imzalayıb. Beləliklə də Florida bu toponimin adını rəsmi səviyyədə dəyişdirən ilk ABŞ ştatı olub.

King.Az-ın xəbərinə görə, bu barədə "USA Today" nəşri yazıb.

"Florida Prezident Trampdan nümunə götürməkdən və Amerika körfəzini rəsmən tanıyan ilk ştat olmaqdan qürur duyur", - deyə qanun layihəsinin müəlliflərindən biri qeyd edib.

Sənədin təşəbbüskarları qubernatorun ofisindən fotolar paylaşıblar və fotolarda əllərində yaşıl rəngli "Amerika körfəzi" yol nişanları tutublar.

Qeyd edək ki, daha əvvəl "Google" xəritələri də Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirmişdi.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.