Cümə axşamı
Mar 27

ABŞ məhkəmələrindəki korrupsiya və radikalizmlə bağlı Trampdan TƏLƏB

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı, həmçinin Nyu-Yorkdakı məhkəmələri ən korrupsiyalaşmış və radikal qurum kimi qiymətləndirib.

King.Az-ın verdiyi məlumata görə, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ağ Ev rəhbəri ölkədə məhkəmə sisteminin yoxlanılmasının zəruriliyini vurğulayıb.

"Məhkəmə sistemi ölkəmizin bir çox hissələrində "sınıb", Nyu-York və Vaşinqton isə korrupsiya və radikallıqda birinci yeri tutur. Bu saxtalaşdırılmış sistemin dərhal, çox gec olmadan araşdırılması zəruridir!" - deyə o vurğulayıb.

ABŞ lideri xüsusilə ölkədə miqrantların kütləvi deportasiyasını dayandırmaq və onların olduğu bütün reysləri geri qaytarmaq barədə göstəriş verən hakim Ceyms Boasberqi son dərəcə qərəzli adlandırıb.

"Nə utancvericidir ki, "hakim" Ceyms Boasberq artıq mənimlə bağlı dördüncü işi alıb! Bu, statistik olaraq mümkün deyil. Kolumbiya paytaxt dairəsinin baş hakimi olan Boasberq, görünür, sadəcə bütün "Tramp işlərini" özünə götürür, halbuki belə olmamalıdır. Hakimlər arasında işlərin təsadüfi bölüşdürülməsi sistemi hələ də mövcuddurmu? Çox güman ki, bunun artıq əhəmiyyəti yoxdur, çünki mənim üçün Vaşinqtonda ədalətli məhkəmə qərarı almaq, demək olar ki, mümkün deyil", - dövlət başçısı əlavə edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.