Sentyabrın 12-21-də İtaliyanın Lido Jesolo şəhərində kikboksinqin WAKO versiyası üzrə gənclər, yeniyetmələr və kadetlər arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası yüksək nəticə göstərib.
King.Az xəbər verir ki, ümumilikdə milli komanda 5 qızıl, 6 gümüş və 10 bürünc medal qazanaraq bu mötəbər yarışda iştirak edən 41 ölkə arasında 14-cü pilləyə yüksəlib.
Hakimlər kollegiyasının üzvü, respublika və beynəlxalq dərəcəli hakim Səbinə Qiyasova, beynəlxalq A kateqoriyanı qazanmaqdan əlavə olaraq, yarışın ən yaxşı rinq qadın hakimi seçilib.
Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Mammadov milli komandanın bütün üzvlərini, məşqçilər heyətini, hakimləri qazanılmış uğurlara görə təbrik edib.
Oxşar Mövzular
İtaliya A Seriyasının ən yaxşı futbolçusu məlum olub
24-05-2025, 13:43SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB
6-01-2025, 14:12
"Red Bull" ilk superkarını təqdim etdi: Qiyməti dodaq uçuqlatdı
4-01-2026, 14:07