Bazar
Mar 23

İsrail HƏMAS-a girovların azad edilməsi üçün yeni plan təqdim etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İsrail Misirin vasitəçiliyi ilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağındakı girovların azad edilməsi üçün iki mərhələli plan təqdim edib.

King.Az xəbər verir ki, bu barədə "Sinsxua" agentliyi məlumat yayıb.

Razılaşmanın ilk mərhələsində HƏMAS 11 canlı girovu azad etməli, həmçinin 16 nəfərin cəsədini təhvil verməlidir. Bundan sonra 40 günlük atəşkəs elan edilməlidir.

İkinci mərhələdə isə İsrail tərəfinin planına görə, HƏMAS bütün qalan girovları eyni vaxtda azad etməlidir.

Məlumatda deyilir ki, ABŞ İsrailin təklifini dəstəkləyir, çünki bu təklif mövcud hərbi təzyiqi gücləndirir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.