Bazar
Mar 23

Ekrem İmamoğlu ilə bağlı həbs qərarı verildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İstanbul bələdiyyəsinə dair korrupsiya işi üzrə qurumun sədri və daha 18 şübhəli həbs edilib.

King.Az-ın "Haber Global"a istinadən verdiyi məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən bələdiyyə sədri Ekrem İmamoğlu və 99 şübhəli barədə "cinayət təşkilatı rəhbəri olmaq", "cinayət təşkilatına üzv olmaq", "rüşvət", "dələduzluq", "şəxsi məlumatları qanunsuz əldə etmək" və "tender saxtakarlığı" maddələri ilə istintaq davam edir.

İstintaq çərçivəsində Çağlayandakı İstanbul Məhkəməsi şübhəlilər Ekrem İmamoğlu, Əli İlbak, Adəm Tuncay, Əhməd Köksal, Əli Nuhoglu, Əyyub Subaşı, Kamil Timur Dəlibaş, Murat Abbas, Metə Sarıaltun, Alpər Aydın, Serdal Taşkın, Sərkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Əhməd Çiçək, Yusuf İlbak, Sərvət Yıldırım, Serdar Haydanlı və Buğra Gökçənin həbs edilməsinə qərar verib.

Digər şübhəlilərin məhkəmə ifadələri davam edir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.