0
Cümə axşamı
Mar 13

Paşinyan: "Yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşırıq"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Ermənistan hökuməti yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır".

King.Az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, yeni konstitusiya layihəsinin regional önəmi olacaq.

N.Paşinyan vurğulayıb ki, bu, Azərbaycanın tələbi ilə edilmir.

Qeyd edək ki, bu qanunvericilik aktında Azərbaycana qarşı ərazi iddiaları olduğu üçün rəsmi Bakı dəfələrlə Ermənistan konstitusiyasına dəyişiklik edilməsinin vacibliyini vurğulayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.