Ermənistanın baş naziri Nikol Paşinyan hazırda mövqeləri möhkəmlənməkdə olan Rusiya Federasiyası qarşısında reveranslar etməyə başlayıb.
King.Az xəbər verir ki, bu barədə "Qraparak" nəşrində dərc edilən yazıda qeyd olunur.
Müəllif qeyd edir ki, "avroreferendum" layihəsinin iki ay müddətinə təxirə salınmasına səbəb də məhz bu məqamla bağlıdır.
"Lakin Rusiyada Nikol Paşinyanın səmimiyyətinə inanmırlar və Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfərinin təxirə salınması Paşinyanın hərəkətlərinin səmimiliyini yoxlamaq və Ermənistan iqtidarı ilə gələcək münasibətlərin hansı istiqamətdə qurulacağını müəyyənləşdirmək məqsədi daşıyır", - nəşrdə qeyd edilir.
Müəllif vurğulayır ki, ilkin razılaşmaya görə, V.Matviyenko fevralın sonunda Ermənistana səfər etməli idi.
"Lakin Rusiya Paşinyanın mayın 9-da Moskvada Qırmızı meydanda keçiriləcək parada qatılıb-qatılmayacağını gözləyir", - qəzet yazır.
Müəllif yazıda, həmçinin əlavə edib ki, V.Matviyenkonun səfərinə qədər Ermənistan parlamentinin spikeri Alen Simonyan Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş sessiyasında iştirak etmək üçün aprelin 17-18-də Rusiyaya yola düşəcək.
"Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistana səfəri ilə bağlı da danışıqların aparıldığı bildirilir. May ayına kimi isə Qafanda Rusiya baş konsulluğunun açılışı olacaq", - qəzet yazır.

Oxşar Mövzular

UEFA Millətlər Liqası: III tura 10 görüşlə start veriləcək
10-10-2024, 11:53
Husilər BMT əməkdaşlarını girov götürüblər
25-01-2025, 11:04
Türkiyədə Merih Demirala heykəl ucaldılıb
5-10-2024, 12:39
"Beşiktaş" klubunun borcu 12 milyardı keçib
26-10-2024, 18:43Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.