0
Tuesday
Mar 11

Mərkəzi Amerikanın ən aktiv vulkanı püskürdü

HASANLY
Qvatemala hakimiyyəti Mərkəzi Amerikanın ən aktiv vulkanı olan Fueqo vulkanının püskürməsi ilə əlaqədar minə yaxın insanı təxliyə edib.

King.Az bu barədə "The Guardian"a istinadla xəbər verir.

Paytaxtdan 35 kilometr aralıda yerləşən vulkan martın 9-da səhər saatlarında aktivləşməyə başlayıb. Yerli sakinlər bərk gurultu səsi eşidiblər, sonra isə püskürmə, lava, kül və daşları görüblər.

Ardınca həyəcan siqnalı verilib. Əgər vulkan aktivliyini davam etdirsə, daha 30 min nəfər risk zonasına düşəcək və evlərini tərk etməyə məcbur qalacaq.
Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.